PROGRO Zaqatala mərkəzinin növbəti qonağı “Zaqatala Kiçik və Orta Biznes dostu ” Fuad Əliyev olmuşdur
18 mart tarixində PROGRO Zaqatala mərkəzinin qonağı “Zaqatala Kiçik və Orta Biznes dostu ” Fuad Əliyev olmuşdur.
Görüş zamanı Fuad bəy biznes ideyasının seçilməsi, uğurlu idarəçilik, biznesin inkişafı yolları və s. məsələlərlə bağlı ətraflı məlumat verdi. Qeyd etdi ki, “Biznes fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə və hər hansı ideyanız varsa ilk və ən vacib addım bazar araşdırmasının aparılması olmalıdır. Biznesinizin inkişafı üçün vacib olan digər bir məqam isə ideyaya innovativliyin tətbiqidir. İdarəçilik bacarıqlarınızı inkişaf etdirin və öz biznesinizdə əsas idarəçi məhz siz olun. Uğurlu bir biznes üçün davamlı olaraq şəxsi inkişafınız üçün zaman ayırmaq da əsas preoritetlərinizdən olmalıdır. ”.
Sonda Fuad bəy həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək mexanizmləri haqqında da iştirakçılara məlumat verdi və iştirakçıların suallarını cavablandırdı. Fuad bəyə gənclərimiz üçün ayırdığı zamana və verdiyi tövsiyələrə görə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.
“PROGRO-Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAİD/Azerbaijan tərəfindən maliyyələşdirilir.


