PROGRO Zaqatala mərkəzinin növbəti qonağı “Zaqatala Kiçik və Orta Biznes dostu ” Fuad Əliyev olmuşdur.
Bu dəfə PROGRO Zaqatala mərkəzinin qonağı “Zaqatala Kiçik və Orta Biznes dostu ” Fuad Əliyev olmuşdur.
Görüş zamanı Fuad bəy Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək mexanizmləri haqqında danışdı və biznes ideyasının seçilməsi, uğurlu idarəçilik, biznesin inkişafı yolları və s. məsələlərlə bağlı iştirakçıları məlumatlandırdı. Həmçinin, müasir əmək bazarında işçidən gözləntilər, cv və müsahibələrdə diqqət olunmalı əsas məqamlar, davamlı öyrənmənin karyera inkişafındakı rolu haqqında ətraflı məlumat verdi. Sonda Fuad bəy iştirakçıların suallarını cavablandırdı.
Fuad bəyə gənclərimiz üçün ayırdığı zamana və verdiyi tövsiyələrə görə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.
Qeyd edək ki, “Peşəkar İnkişaf və İnnovasiyalar (PROGRO) Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.
