project-management-uzre-tecrube-proqrami--

Project management üzrə təcrübə proqramı

“KudoSchool” Project Management sahəsində real iş təcrübəsi əldə etmək və karyera qurmaq istəyən gənclər üçün təcrübə proqramını elan edir.

Təcrübə proqramı barədə məlumat: 

Layihələrin idarə olunması öyrədiləcək
CRM sistemlərlə layihənin idarə olunması öyrədiləcək
Komanda ilə işləmə öyrədiləcək
Deadline-lar ilə işləmə öyrədiləcək
Rəqəmsal alətlərin köməyi ilə biznesin avtomatlaşdırılmasında iştirak
Marketinq kommunikasiyaları əsaslı tədbirlərdə prosesin idarəolunması
Layihələrin sənədləşmə proseslərinin idarə olunması
Startup və innovasiya yönümlü tədbirlərin təşkilatçılığında iştirak etmək
Əlaqəli müəssisələr ilə koordinasiyanın davamlılığını təmin etmək

Tələblər: 

Sosial aktivliyi olan gənclərə üstünlük veriləcək
İnnovasiya və rəqəmsal trendləri yaxından təqib edən
Əla ünsiyyət və kommunikasiya bacarığı
Yeni yaradıcı ideyalar təqdimetmə bacarığı

Müraciət üçün fotoşəkilli CV faylınızı qısa motivasiya məktubu ilə birgə [email protected] ünvanına mövzu hissəsində “PM intern” yazmaqla göndərə bilərsiniz.