“Proqram dəstək üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya
AVRORA MMC “Proqram dəstək üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
- Mövcud proqram təminatlarında sorğular üzrə tələblərin icrası və mövcud proseslərin optimallaşdırılması;
- İstifadəçi istəklərinə uyğun hesabat formalarının hazırlanması, testi və təhvili;
- Biznes tələblərini təhlil və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
- Proqram dəstək şöbəsinə gələn istəklərin ilkin analizi və layihə planının hazırlanması, layihələrin izlənməsi, layihələrin gedişatı haqqında rəhbərliyə hesabatların verilməsi;
- Gələn sorğuların vaxtında icrası və SLA tələblərinin gözlənilməsi.
Tələb olunan bilik və bacarıqlar :
- Şirkətdə istifadə edilən proqram və əlavə yazılımların ən üst səviyyədə istifadə biliklərinə sahib olmalı;
- LOGO Tiger ERP, T-SQL, Excell-i programları bilməli;
- Komandada işləmək bacarığı;
- Sürətli öyrənmə və araşdırma bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Ali
İş təcrübəsi: min. 2 il ( Distribusiya sahəsi üzrə)
Dil biliyi: İngilis dili ( texniki seviyyədə)
İş şərtlərimiz :
İş qrafiki : 5 günlük;
İş saatları: 09:00-18:00;
İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C
Biz nə təklif edirik :
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram dəstək üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.