Proqramlaşdırmanın 256 çaları
13 sentyabr – Beynəlxalq Proqramçılar Günüdür. Həmin təqvim hər il ilin 256-cı günü beynəlxalq səviyyədə qeyd olunur. İl 365 gündən ibarət olarsa sentyabrın 13-ü, hər dörd ildən bir isə sentyabrın 12-si keçirilir.
Bu il 256 gün sentyabırın 13-ə təsadüf edir
256 rəqəmini ikili kod sisteminə, yəni rəqəmsal informasiyada səkkiz bitin bir baytla ifadə olunduğu fərqli dəyərlərə görə seçiblər.
Bu il Proqramçılar gününü qeyd etmək üçün sentyabırın 13-ü saat 19:00-da “Proqramlaşdırmanın 256 çaları” adlı seminarına dəvət edirik.
Seminar kimlər üçün nəzərdə tutulub?
- proqramlaşdırma ilə maraqlanan hər kəs üçün
- karyerasını proqramlaşdırma sahəsində inkişaf etdirmək istəyənlər üçün
Seminarımızın spikeri, Akademiyamızın ilk müəllimlərindən biri, Proqram Təminatının Yaradılması kafedrasının və Kiçik Kompüter Akademiyasının aparıcı təlimçilərindən biri Nadir Zamanovdur. O, IT sahəsində 6-illik iş təcrübəsinə malikdir. Dərslərdə üstünlüyü təcrübəyə, eləcə də tapşırıq həllinin yarış şəklində təşkilinə verir. Dərləsrdə heç kim darıxmır, çünki Nadir müəllim bütün tələbələri fərqli məşğələlərlə maraqlandırır.
Seminarda nələr müzakirə olunacaq?
- Ağ səhifə: Niye məhz proqramlaşdırma?
- Yaşıl işıq: Proqramlaşdırma dilləri
- Sarı xəbərdarlıq: Öyrənməyə hardan başlamalı?
- Qırmızı təhlükə: Hansı dili seçməli?
Tədbir 13 sentyabr tarixində saat 19:00-da başlayacaq.
Tədbir ödənişsizdir və azərbaycan dilində keçiriləcək. İştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir