punktual-olmagin-ehemiyyeti

Punktual olmağın əhəmiyyəti

Punktual olmaq bir çoxları üçün olduqca çətindir.  Bəs vaxtında danışılan yerdə olmağın sizə qazandırdığı faydaları bilirsiniz?  Gəlin öyrənək.

Danışılan məkanda vaxtında olmaq diqqətcilliyin göstəricisidir 
İlk növbədə, hər hansı bir məkana razılaşılan vaxtda çatmaq görüşəcəyiniz şəxslərə göstərdiyiniz diqqət və qayğıdan xəbər verir. Bunu etməklə siz insanların özlərinə və dəyərli olan vaxtlarına hörmət etmiş olursunuz və bunu etmək üçün də planlaşdırılmış hər hansı bir görüşə və ya iclasa vaxtından erkən getmə zəhmətinə qatlanırsınız. Tam olaraq hər situasiyada doğru olmasa da hər hansı bir yerə gecikməyiniz insanlarda məsuliyyətsiz olmağınız fikrini yaradır və başqalarında yaratdığınız bu təəssürat heç də yaxşı hal deyil. 

Danışılan məkanda vaxtında olmaq etibarlılığın və məsuliyyətin göstəricisidir
Deyilən yerdə vaxtında olmaq əslində asandır, lakin bunu edərkən uğursuz olursunuzsa, yəni gecikirsinizsə, bu hal sizin plansız olmağınızı və işin ciddiliyini nəzərə almamağınızı əks etdirə bilər. Planlaşdırılan məkanda vaxtında çatmaq etibarlı bir insan kimi tanınmanız üçün tam olaraq  yetərli olmaya bilər, lakin bu çox mühüm bir ilk addım rolunu oynayır. Bu hal sizin ən əsas şeylərdən başlayaraq hər hansı bir öhdəliyi yerinə yetirə biləcəyinizi sübut edir. 

Danışılan məkanda vaxtında olmaq sizi gecikməyin mənfi nəticələrindən xilas edir 
Deyilən yerdə vaxtında olmağın faydalarından biri də sizi gecikməyin mənfi nəticələri ilə qarşılaşmaqdan xilas etməsidir. Gecikdiyiniz halda siz insanlar tərəfindən ciddiyə alınmayacaqsınız və onlara qeyri-ciddi olduğunuz təəssüratını bağışlayacaqsınız. Bununla da siz insanlara təsir etmək və inandırmaq qabiliyyətinizi itirmiş olacaqsınız. Digər tərəfdən gecikməklə siz qeyri-peşəkar, qeyri-mütəşəkkil və məsuliyyətsiz görünə bilərsiniz.
Fərqli insanlar gecikməyə fərqli reaksiya göstərirlər, lakin bu vəziyyət istənilən halda sizin xarakterinizdə ciddi bir iz qoya bilər və digər insanlarda sizin haqqınızda neqativ izlər buraxa bilər.

Gecikməmək gərginlik və stresin qarşısını alır
Hər hansı bir gediləcək yerə gecikmək sizdə stress yarada  və  sizin görüşünüzün uğursuz olması ilə nəticələnə bilər. Yol boyunca gedəcəyiniz yerə qədər olan məsafəni narahatçılıq keçirərək, vaxtı və məsafəni hesablayaraq, niyə gecikdiyiniz barəsində bəhanələr düşünərək və ya insanların sizə nə dərəcədə hirsli olacağını təsəvvür edərək gedəcəksiniz. Bütün bunlar düşüncə tərzinizi və ya zehninizi dəyişdirə və fokuslanmanıza təsir göstərə bilər. Digər tərəfdən gecikməyiniz həm də qarşınızdakı insanı da stresə sala bilər. 
Əgər stresli olsanız özünüz üçün bir dezavantaj yaratamış olacaqsınız. Stresli vəziyyət  sizin müəyyən bir məsələyə daha az foksulanmanıza yol açacaq, diqqət dağınıqlığına və müəyyən səhvlər etməyə daha da meyilli olmağınıza, sakitliyinizi qoruyub-saxlaya bilməməyinizə, həyəcanlanmanıza səbəb olacaqdır. 

Danışılan vaxtda məkana çatmaq həm də vaxtınınız idarə olunmasını öz öhdəliyinizə  verir
Gecikmək sizə zamanınızın idarəsinin özünüzdə olmadığı hissini yaşada bilər. Bu hal sizi rahat hiss etməyəcəyiniz situasiyaya sala, digər insanlardan üzr istəməyə məcbur edə və gözlənilməz olan neqativ vəziyyətlərə sala bilər. Gecikdiyiniz zaman öz şansınızı digər kənar faktorların insafına həvalə etmiş olursunuz. Hər zaman nələrinsə baş verməsi qaçılmazdır, lakin gecikməyiniz səbəbi ilə müəyyən şeyləri qaçırmış olmağınız sizdə günahkarlıq hissi yaradacaq ki, bu da uğursuzluğa yol aça bilər.  Digər tərəfdən bir yerə öz vaxtında çatmağınız özünüzü daha sərbəst hiss etməyinizə və öz qərarlarınıza daha yaxşı nəzarət edə bilməyinizə səbəb olur. Planlaşdırılan vaxtda məkanda olmaqla vaxtınızı daha səmərəli şəkildə idarə edə bilərsiniz.

Danışılan yerdə vaxtında olmaq sizi daha səmərəli və ya işgüzar edəcəkdir
Nəzərdə tutulan vaxtda çatmaq sizə öhdəliyinizdə olan tapşırığı və ondan bir sonrakı tapşırığı öz vaxtında yerinə yetirməyə kömək edə bilər. Sizə çox əhəmiyyətli görünməsə də qənaət etdiyiniz dəqiqələr sizin öz xeyrinizə üst-üstə toplanır. Punktuallıq sizə gün ərzində nə qədər səmərəli və ya məhsuldar olduğunuz və gördüyünüz işdə nə dərəcədə müvəffəq olduğunuz arasında çox mühüm bir fərq yaradacaq bir dəyər halına gələ bilər. Bu həm də artımlı təsirləri olan bir dəyərdir, çünki zaman keçdikcə böyük ehtimalla bunun daha çox faydalarını hiss edəcəksiniz. 

Misal üçün siz həmişə və hər yerə tam vaxtında çatdığınıza və etibarlı olduğunuza görə geniş bir nüfuz qazanmış ola bilərsiniz və sözsüz ki, bu sizin lehinizə olacaqdır. Bu halda nə vaxtsa harasa geciksəniz belə qazanmış olduğunuz bu etibar sizə gələcək neqativlikləri minimuma endirəcəkdir, çünki indiyə qədər həmişə tam vaxtında olmağınızla tanınmısınız. 
Ümumiyyətlə, tam vaxtında hardasa olmaq həyatınızda böyük dəyişikliklər edə biləcək sadə bir vərdişdir. Bu vərdiş sizdən böyük bir səy tələb etmir, lakin  başqalarının sizi necə qəbul etdiyini dəyişdirmək iqtidarındadır. Sizi daha səmərəli edir, daha çox öz nəzarətinizdə olduğunuzu hiss etdirir və hər hansı bir vəziyyətdə müsbət nəticə əldə etmək şansınızı artırır. 
Bəzən içində olduğunuz situasiyaları və ya mövcud olan bütün amilləri idarə edə bilməyəcək olsanız belə gedəcəyiniz məkana vaxtında çatmaq üçün olduğunuz məkandan daha tez çıxmaq, vaxtınızı düzgün şəkildə hesablamaq və öhdəlik götürmək sizə bir çox hallarda danışılan yerə vaxtında çatmağınızda köməklik göstərəcəkdir.