“Python-da Telegram botun yaradilması” adlı pulsuz vebinarına dəvət edirik!
İlk Python layihənizi yaratmaq istəyirsiniz? Sizi Python-da teleqram bot yaratmağın nə qədər asan olduğunu izah edəcəyimiz və göstərəcəyimiz “Python-da Telegram botun yaradilması” adlı pulsuz vebinarına dəvət edirik!
Vebinarda hansı mövzular olacaq?
- Çat botları nədir və onlar nə üçün lazımdır?
- Bot proqramının yaradılması.
- Teleqramda botun yerləşdirilməsi.
Vebinar kimlər üçün nəzərdə tutulub?
- proqramlaşdırma ilə maraqlanan hər kəs üçün
- karyerasını proqramlaşdırma sahəsində inkişaf etdirmək istəyənlər üçün
- proqramlaşdırma yolunu başlamaq istəyənlər üçün
Vebinar 11 Dekabr tarixində saat 16:00-da keçiriləcək.
Tədbir ödənişsizdir və azərbaycan dilində keçiriləcək. İştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.
Tədbir onlayn rejimdə keçiriləcək, “STEP Kompüter Akademiyası, Baki” Youtube kanalımızda baş tutacaq yayım başlamazdan əvvəl yayıma keçid əldə edəcəksiniz.