python-esaslari-marafonu-olacaq---

Python əsasları marafonu olacaq !

Dünyanın ən məşhur proqramlaşdırma dillərindən birinin əsaslarını  təşkil edən ən vacib mövzularla 5 gün ərzində keçiriləcək marafonda məşğul olacağıq.

Marafonda hansı mövzular olacaq?

  •  Dəyişənlər
  •  Şərtlər
  •  Dövrlər
  •  Kitabxanalar
  •  Funksiyalar

Marafon kimlər üçün nəzərdə tutulub?

  •  proqramlaşdırma ilə maraqlanan hər kəs üçün
  •  karyerasını proqramlaşdırma sahəsində inkişaf etdirmək istəyənlər üçün
  •  proqramlaşdırma yolunu başlamaq istəyənlər üçün

Dərslər 21-25 Noyabr tarixində saat 19:00-da paylaşacaq.

Əgər dərsin premyerasına baxmaq imkanınız yoxdursa, o zaman bu dərsləri yazmada izləyə bilərsiniz. Tədbir ödənişsizdir və azərbaycan dilində keçiriləcək. İştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.

Tədbir onlayn rejimdə keçiriləcək, “STEP Kompüter Akademiyası, Baki” Youtube kanalımızda baş tutacaq yayım başlamazdan əvvəl yayıma keçid əldə edəcəksiniz.