"Qadın bəşəriyyətin başlanğıcı kimi" panel diskussiya keçiriləcək
"Yer kürəsi və incəsənət" müzakirə layihəsinin yeni panel diskussiyası: "Qadın bəşəriyyətin başlanğıcı kimi"
Tədbirin qonaqları rəssam, heykəltəraş İslam Həsənəlizadə və müstəqil tədqiqatçı Əfsanə Tahirova olacaqdır.
Moderator: Mina Abbasova.
Əfsanə Tahirova müstəqil tədqiqatçıdır. O, Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil almışdır, fərdi və kollektiv kimlik mövzusunu araşdırır. İncəsənəti kimlik ifadəsi vasitələrindən biri kimi tədqiq edir.
İslam Həsənəlizadə rəssam və heykəltəraşdır. Əsərləri "Çəhrayı-Qara" qrup sərgisi (XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, "Katalizator" qrup sərgisi (Müasir İncəsənət Mərkəzi, Bakı), həmçinin Almaniya, Fransa, İtaliya və Yunanıstanda keçirilən qrup sərgilərində nümayiş olunub.
Tarix və saat: 13 iyul, 19:00
Dil: Azərbaycan
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)
Giriş sərbəstdir
Əlavə məlumat üçün: tel:050 251 41 15