qadin-sahibkarlarin-nezerine--

Qadın sahibkarların nəzərinə!

Dostlar, salam 

FemTalk`ın növbəti spikeri Coca-Cola CCI`in baş meneceri  Rəna Məmmədovadır.
Rəna xanım müxtəlif ölkələrdə FMCG-də 20+ illik mütərəqqi liderlik təcrübəsinə malikdir. O CCI`də böyümə strategiyalarının inkişaf etdirilməsinə və tətbiqinə dəstək verir.
Görüşümüzdə isə Coca-Cola`nın qadın sahibkarlar üçün təşkil etdiyi “WomenEmpowerment” proqramı barəsində və “5by20” hədəflərinə necə çatmaları haqqında söhbət edəcəyik.

Coca-Cola: "Woman Empowerment" - 2010-cu ildə Coca-Cola şirkəti 2020-ci ilə qədər (5by20) 5 milyon qadının iqtisadi cəhətdən gücləndirilməsini təmin etməyi qarşısına məqsəd qoydu. O vaxtdan bəri, qadın sahibkarlara dolanışıqlarını, ailələrini və icmalarını yaxşılaşdırmağa kömək etmək üçün iş bacarıqlarını təkmilləşdirmək üçün təhsil, mentorluq şəbəkələri, maliyyə xidmətləri və digər aktivlər təqdim etmək üçün saysız-hesabsız tərəfdaşlarla çalışmışdırlar. 

 Proqram haqqında daha çox öyrənmək və suallarınızı birbaşa Rəna xanıma ünvanlaya bilmək üçün qeydiyyatdan keçməyə tələsin! 

 Zaman: 18 iyun, 17:00
 Məkan: Facebook LIVE
 Qeydiyyat linki
Tədbirin linki