qadinlar-fotoqrafiyada-foto-sergi--

Qadınlar Fotoqrafiyada! (Foto sərgi)

Qadınlar Fotoqrafiyada! (Foto sərgi)
Müraciət üçün son tarix: 20 aprel


Məqsədimiz qadın fotoqrafların qadınlara aid əsərlərini sərgiləmək və satmaqla həm incəsənətdə, həm də gündəlik həyatımızda gender bərabərliyini təbliğ etməkdir. Sərgidən əldə edilən gəlir (fotoqrafa komissiya ödənildikdən sonra) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə ianə ediləcək.


Müraciət zamanı [email protected] ünvanına adınızı, soyadınızı və portfolionuzdan qadınlarla bağlı çəkdiyiniz minimum 5, maksimum 15 ədəd foto göndərməyinizi xahiş edirik.
Layihə çərçivəsində fotoqraflara incəsənət əsərlərinin satılması üzrə art menecer tərəfindən bir günlük təlim keçiriləcək.
Fotolarınızı gözləyirik!