qadinlar-stem-de-insan-resurslari-mutexessislerinin-nezer-noqtesinde--

Qadınlar STEM-də: İnsan Resursları mütəxəssislərinin nəzər nöqtəsində

Dünyada STEM sahələri üzrə araşdırmaçıların yalnız 30 faizi qadınlardır. Bəs bu göstərici STEM sahələri üzrə digər iş yerlərində necədir? Qadınların iştirakçılığını necə artıra bilərik?

28 sentyabr saat 19:00-da BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi bu və bu kimi sualları cavablandırmaq üçün sahənin öndə gedən peşəkarlarını onlayn müzakirədə bir araya gətirilib.

Qonaq spikerlərimiz:

 Məlahət Abdullayeva, Azərbaycan Beynəlxalq Bankının İnsan Resursları idarə edilməsi departamentinin direktoru
 Qaçay Mirzəyev, "Microsoft" şirkətinin Azərbaycan üzrə rəhbəri
 Aytən Fərzəliyeva, Azercell Telecom LLC-nin İstedadların idarəedilməsi və Biznes Partnyorluğu şöbəsinin rəhbəri
 Mahir Qara, Azərbaycan İnsan Resursları Assosiasiyasının həmtəsisçisi, idarə heyətinin üzvü, SOCAR-ın "Qaz İxrac" İdarəsinin İnsan resursları şöbəsinin rəhbəri

Moderator: Leyla Seyidzadə, İnnovasiyalar tətqiqi rəhbəri, BMTİP-nin Akselerator Laboratoriyası


Qeyd edək ki, sözügedən müzakirə BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə başlatdığı "Qadınlar STEM-də" (Women in STEM) kampaniyası çərçivəsində keçiriləcək.