qadinlar-stem-de-mentorluq-proqrami-yeni-fealiyyet-iline-start-verir--

“Qadınlar STEM-də” mentorluq proqramı yeni fəaliyyət ilinə start verir!

Ötən ildən bəri həyata keçirdiyimiz “Qadınlar STEM-də” mentorluq proqramı yeni fəaliyyət ilinə start verir!

Artıq ikinci dəfə keçiriləcək olan proqramın məqsədi STEM sahələrində təhsil alan və çalışan gənc qadınları dəstəkləməklə bu sahələrdə qadınların səlahiyyətləndirilməsi və gender bərabərliyinin qorunmasına nail olmaqdır.

“Qadınlar STEM-də” mentorluq proqramı yeni fəaliyyət ilində Azerbaijani Women in Science təşkilatı tərəfindən idarə ediləcəkdir.

3 ay davam edəcək proqram müddətində gənc STEM-çilər:

1. STEM sahələrində çalışan, təcrübəli və uğurlu qadınların mentorluq dəstəyi ilə karyeraları üçün vacib məqamları öyrənəcəklər;

2. Psixoloji təlimlərdə iştirak edərək stress idarəetmə üsulları, psixi və emosional sağlamlığın, daxili motivasiyanın qorunması ilə bağlı məlumatlar əldə edəcəklər;

3. Kouçinq sessiyalarına qatılaraq vaxtın idarəedilməsi, layihə menecmenti, CV hazırlanması, təqdimat və digər bacarıqlarını təkmilləşdirəcəklər.

Əgər STEM sahələrində təhsil alır və ya bu sahədə iş həyatına yeni başlamısınızsa proqramda menti olaraq iştirak etmək üçün müraciət edə bilərsiniz. Müraciət üçün aşağıdakı linkdə yer alan forumu doldurmağınız kifayətdir.

Son müraciət tarixi: 20.07.2022   (link)

STEM sahələrində 5 ildən yuxarı iş təcrübəsinə sahib, öz təcrübə və biliklərini bu sahədə yeni başlayanlarla bölüşüb, ölkəmizdə qadınların STEM sahələrində rolunun gücləndirilməsinə töhfə vermək istəyən xanımları isə proqramımıza mentor olaraq dəvət edirik. Müraciət üçün aşağıdakı linkdə yer alan forumu doldurmağınız kifayətdir.