qadinlar-ucun-aqa-teqaud-proqrami--

Qadınlar üçün AQA təqaüd proqramı

AQA Şirkətlər Qrupu ölkənin qadınlarının gələcəyini inşa etməyə köməklik göstərmək məqsədiylə təqaüd proqramı təklif edir. Bu təqaüd proqramı Azərbaycan Universitetlərinin 3-cü və 4-cü ilində təhsil alan və ya xarici universitetdən qəbul almış Azərbaycan vətəndaşlığına sahib qadınlar üçün nəzərdə tutulmuşdur və Fuzzy Coffee & Wine restoranı tərəfindən maliyyə dəstəyi verilir. Belə ki, hər ay Fuzzy Coffee & Wine restoranının net gəlirinin 50%-i qadınların təhsilinə dəstək vermək məqsədiylə kompaniyamıza ianə ediləcəkdir, çünki biz inanırıq ki, bütün cəmiyyətlərin güclü təməlini qadınlar inşa edir. Biz bu təqaüdü Dəmir Təqaüd adlandırırıq – ona görə ki, simvolik olaraq adlandırılan, Dəmir xanımlar gələcəkdə bu ölkənin güclü mənəvi və iqtisadi dəyərlərinə öz töfhələrini verəcəkdir.

Uyğunluq: STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə, tibb və pedoqoji ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs bakalavr və ya STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə, tibb üzrə xarici universitetdən qəbul almış bakalavr və magistr tələbələri. Bu təqaüd universitet təhsilinizi daha asanlaşdıracaqdır.

Ətraflı