qadinlarimizin-cemiyyetde-ve-iqtisadiyyatda-aktiv-istiraki-ucun-reallasdirdigimiz-smart-xanim-layihesine-regionlardan-qosulun--

Qadınlarımızın cəmiyyətdə və iqtisadiyyatda aktiv iştirakı üçün reallaşdırdığımız "Smart Xanım" layihəsinə regionlardan qoşulun

Qadınlarımızın cəmiyyətdə və iqtisadiyyatda aktiv iştirakı üçün reallaşdırdığımız "Smart Xanım" layihəsinə regionlardan qoşulun və öz şəxsi potensialınızı daha da inkişaf etdirib yaşadığınız bölgədə sahibkar olun!

Öz işini qur və yeniliyi SƏN gətir!

Layihəyə Qax, Zaqatala, Balakən, Gəncə, Tovuz, Şəmkir, Lənkəran, Masallı, Biləsuvar rayonlarında yaşayan 18 yaşdan yuxarı qadınlar qatıla bilər.

Proqrama qoşularaq siz regionu tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza biliklərə və ekspertlərə çıxış imkanı əldə edəcək, öz biznes ideyanızın real biznesə çevrilməsi üçün layihə üzərində real iş imkanı qazanacaqsınız. Proqramın sonunda qalib olan 3 ideyanın biznesə çevrilməsi üzrə dəstək təmin olunacaq.

Layihə iştirakçılara sahibkar kimi formalaşmaq üçün 6 ay ərzində aşağıdakı əsas dəstək alətləri ilə təmin edəcəkdir:

- biznes ideyanızı formalaşdırmaq və reallaşdırmaq üçün motivasiya;

- online təlimlər vasitəsilə sahibkar üçün lazım olan bilik və bacarıqlar;

- biznes layihəsinin yazılması üçün mentorluq;

- ən uğurlu layihələrin həyata keçirilməsi üçün dəstək;

- öz regionunuzda olan biznes mühitə birbaşa çıxış imkanları və təcrübə mübadiləsi.

Layihədə iştirak şərtləri aşağıdakılardır.

- 18 yaşdan yuxarı öz işini qurmaq motivasiyası olan istənilən qadın

- qeyd olunana rayonların birində yaşamaq

- tək yaxud qrup halında öz regionunda biznes yaratmaq yaxud mövcud biznesini təkmilləşdirmək istəyi olmaq

Layihədə iştirak üçün qeydiyyat linki:

Müraciət üçün son tarix 19 dekabr 2021-ci tarixidir.

İştirakçılar layihə ilə bağlı ətraflı məlumatı [email protected] və +99455 917 5202 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər.