qadinlarin-savadliliq-merkezine-uzv-qebulu-aciqdir--

“Qadınların Savadlılıq Mərkəzi”nə üzv qəbulu açıqdır!

Dəyərli dostlar,

“İcma liderləri” proqramının qalib layihələrindən olan “Qadınların Savadlılıq Mərkəzi” üzv qəbulunu açıq elan edir!

Üzvlük müraciəti qəbule dilən şəxslər üçün aşağıdakı fəaliyyətlər həyata keçiriləcəkdir:

- İKT bacarıqlarının inkişafı üzrə kurslarda iştirak;
- Hüquqi yardım üzrə konsultasiyaların təşkili;
- Sosial sahibkarlıq və marketinq üzrə təlimlərdə iştirak;
- Bədii və ixtisas artırma kitablarından ibarət kitabxanadan istifadə.

Qeyd edək ki, bütün xidmətlər ödənişsiz şəkildə həyata keçiriləcək və gərəkli bütün ləvazimatlar layihə tərəfindən təmin ediləcəkdir.

Layihənin həyata keçiriləcəyi ərazi: Bərdə rayonunun Hacılar kəndi

 Müraciət üçün son tarix: 24 Sentyabr 2023-ci il (Saat 23:59)
Qeydiyyat 

Mərkəzə kimlər üzvlük üçün müraciət edə bilərlər?

Mərkəzə Bərdə rayonu Hacılar, Qaradırnaq, Hüseyinalılar və Arabaçılar kəndlərində yaşayan, həssas əhali qrupuna aid edilən və 16-45 yaş aralığındakı qızlar, qadınlar üzv ola biləcəklər.

İnkişaf axtarışında olan və öz ayaqları üstündə durmaq istəyən xanımları “Qadınların Savadlılıq Mərkəzi” icmasına qoşulmağa dəvət edirik.