qadintalks-2-debati-kecirilecek--

“QadınTalks 2” debatı keçiriləcək!

DVC-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, innovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə "QadınTalks 2" debatı keçiriləcək. Layihənin məqsədi öz sahələrində fərqlənən qadınlarla gənclər arasında təcrübə mübadiləsinə şərait yaratmaq, günün mahiyyəti, mövcud imkanlar barədə müzakirələr aparmaq və gənc qızları maraqlandıran suallara cavab tapmaqdır.

Dəyərli spikerlərimizlə birlikdə reallaşdıracağımız "Qadın Talks 2" layihəsinin başlamasını həyəcanla gözləyirik. Bu fərqli panel müzakirəsində yerlər məhduddur, qaçırmayın!

Debat 20 aprel saat 16:00-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin binasında keçiriləcək.

Qeydiyyat üçün link