qazax-tovuz-regional-mesgulluq-filialinin-desteyi-ile-gedebey-rayonunda-emek-yarmarkasi-kecirilecek

Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Gədəbəy rayonunda Əmək Yarmarkası keçiriləcək.

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Gədəbəy rayonunda Əmək Yarmarkası keçiriləcək.

-  “Al Market” MMC-də müvafiq vakansiya üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.
-  Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
 Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
 Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi 21 (Qazax-Tovuz Regional Məşğulluq filialının Gədəbəy rayon xidmət şöbəsi)

 26 avqust, 2022
 11:00 - 13:00