qebele-dovlet-pese-tehsil-merkezinde-emek-yarmarkasi-kecirilecek--

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçiriləcək!

Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçiriləcək.

 Tədbirdə Qəbələ rayonu üzrə 15 müəssisə tərəfindən 160-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

 Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

 Ünvan və tarix:

 Qəbələ şəhəri, 28 May küçəsi 34 (Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi)

 11 aprel 2023, saat 10:00