qeterin-ticaret-ve-senaye-nazirliyinde-gorus-kecirilib--

Qətərin Ticarət və Sənaye Nazirliyində görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Sultan bin Rashid Al-Khater ilə görüşüb. 

Görüşdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanları, Agentliyin bu sahədə təcrübə mübadiləsində maraqlı olduğu vurğulanıb, KOB-lar arasında ticarət əlaqələrinin inkişafına və nazirliklə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.