"Qızıl Yardım" layihəsinə yenidən start verildi!
Əziz gənclər!
"İRƏLİ" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Səhiyyə Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclərin ilk yardım bilik və bacarıqlarının artırılması məqsədilə "Qızıl Yardım" layihəsinə yenidən start veririk!
Layihədə gənclərə ekstremal şəraitdə mövcud vəziyətə uyğunlaşaraq zərərçəkmişə ilk yardım etmək vərdişləri aşılanacaq.
5 gün davam edən layihə müddətində ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, boğulmalar, tənəffüs yollarının tutulması, qanaxma, koma, yaralanmalar, kəllə beyin travmaları, sınıqlar, ilan və həşərat sancmaları, yanıq, donma, günvurma, zəhərlənmələr, epileptik tutmalar və s. mövzularda təlim və simulyasiyalar həyata keçiriləcək.
Əgər sən də ətrafındakı insanlara "Qızıl əlini" uzatmaq istəyirsənsə, bizə qoşul!
Son qeydiyyat tarixi: 12.07.2022