qizlar-arasinda-kecirilecek-reqs-musabiqesine-qeydiyyat-basladi--

Qızlar arasında keçiriləcək rəqs müsabiqəsinə qeydiyyat başladı

Qızlar arasında keçiriləcək rəqs müsabiqəsinə qeydiyyat başladı!

 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda "Ritmə qarşı" adlı qızlar arasında rəqs müsabiqəsi təşkil olunacaq.

 Cavan Gənclər Hərəkatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqə 16-29 yaş aralığında olan gənc qızları əhatə edəcək.

 "All styles" formatındakı yarışmaya istənilən raqs növü ilə məşğul olan iştirakçılar qoşula bilərlər.

 Bildirilib ki, layihənin keçirilməsindəki əsas məqsəd yeni nəsil arasında incəsənətin bu növünə olan marağı artırmaq, cəmiyyətdəki stereotipləri aradan qaldırmaq, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsinə dəstək olmaqdır.

 Müsabiqə 8 mart tarixində "Dəniz Mall" Ticarət Mərkəzində baş tutacaq va tamaşaçılar üçün giriş sərbəstdir.

 Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Dəniz Mall", "Sabina" parfümeriya, "GoSport", "Nike", "Courir" va "Sketchers"in tərəfdaşlığı ilə reallaşdırılacaq.

 Müsabiqədə iştirak üçün aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Qaliblər müxtəlif dəyərli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.