qizlar-deyisiklik-edir-data-analitika-proqrami-ucun-muracietlerin-qebulunu-aciq-elan-edilir--

"Qızlar dəyişiklik edir: Data Analitika" proqramı üçün müraciətlərin qəbulunu açıq elan edilir

4 ay ərzində davam edəcək proqramda iştirakçılar Data Analitikası ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnəcək, mentor dəstəyi əldə edəcəklər. Dərslər həftədə 3 dəfə olmaqla, onlayn formatda həyata keçiriləcək.

Dərslər həfətədə 3 dəfə olmaqla onlayn formatda həyata keçiriləcək.

 Proqramda kimlər iştirak edə bilər?

- Data analitikası ixtisasına yiyələnmək istəyən, Azərbaycanın istənilən bölgəsindəki orta ixtisas və ali təhsil müəssisələrin tələbələri, həmçinin, məzunları, orta məktəb məzunları;

- Bir və ya hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, təhsil almasına məhdudiyyət qoyulmuş və ya maddi çatışmazlıq yaşayan şəxslər.

 Müraciət üçün son tarix: 09 aprel 2023-ci il (saat 23:59)

Qeyd edək ki, yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəklər.