qizlar-ikt-de-gunune-hesr-olunmus-tech-talks-panel-muzakiresi-kecirilecek--

"Qızlar İKT-də" Gününə həsr olunmuş “Tech Talks” panel müzakirəsi keçiriləcək

"Qızlar İKT-də" Gününə həsr olunmuş "Tech Talks" panel müzakirəsinin spikerlərini qarşılayın!

Sitarə Mehdiyeva - O, uzun müddət telekommunikasiya peyklərinin sazlığının təmin edilmasinə peyk operatoru kimi töfhə verib. Hal-hazırki vəzifəsində radiotezliklər üzrə işləri irəlilədir və "Azərkosmos" -u beynəlxalq tədbirlərdə, konfranslarda qadın mühəndis kimi təmsil edir.

Leyla Seyidzadə - Onun təcrübə sahələrinə Kommunikasiyalar, Korporativ Sosial Məsuliyyət, Hökumətlə Əlaqələr, Sosial Sahibkarlıq və "Tech for Good" daxildir. Leyla xanım Procter & Gamble, Carlsberg, Anadolu Medical Center və digər şirkətlərdə çalışıb. O, həmçinin iki sosial müəssisənin təsisçisidir.

Nərgiz Əmrahova - 0, 4 ildir ki, müxtəlif istiqamətlərdə gender problemləri və gənclərin inkişafı ilə bağlı fərqli layihələr həyata keçirir, İT və texnologiyada qadınların rolunun artırılması üçün dəstək göstərir. Bununla yanaşı, Nərgiz xanım həm də Layihə və Proqram mütəxəssisi olaraq fəaliyyət göstərir.

Tarix və vaxt: 28 aprel, 18:00

Məkan: Globus Centre, 13-cü mərtəbə

Son qeydiyyat tarixi:25 aprel