Qızlar üçün ödənişsiz "CodePro" proqramlaşdırma kursu təşkil olunacaq
Gravity Inc. və Mars Academy şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Məktəbli qızlar proqramlaşdırmada" təqaüd proqramını açıq elan edirik!
Bu təqaüd proqramı vasitəsilə aztəminatlı ailələrdən olan 8-14 yaşlı məktəbli qızlar həftədə 2 dəfə olmaqla 6 ay davam edəcək proqramlaşdırma dərslərindən tamamilə ödənişsiz olaraq yararlana biləcəklər. Bu kurs ərzində şagirdlər 8 fərqli proqramlaşdırma üsulu ilə blok və mətn asaslı proqramlaşdırmanı dərindən öyrənəcək və praktiki olaraq tətbiq edəcəklər. Kursun sonunda şagirdlər verilmiş məsələləri sərbəst şəkildə analiz və həll edə biləcək, animasiya va sadə oyunlar yaratma bacarıqlarına malik olacaqlar.
Təqaüd proqramına qoşulmaq üçün:
Son qeydiyyat tarixi: 20.04.2023