qrafik-dizayn-uzre-tecrubeci-vakansiyasi--

Qrafik dizayn üzrə təcrübəçi vakansiyası

Komandamıza Qrafik dizayn üzrə təcrübəçi axtarırıq!

İdeyaları unudulmaz vizuallara çevirməyi sevən yaradıcı qrafik dizaynersiniz? Dizayn dünyasına həvəsli və detallara diqqət yetirirsiniz? Maraqlı peşəkar səyahətə hazırsınız? O zaman bu fürsəti qaçıra bilməzsiniz!

Sizdən nə gözləyirik:

Lighthouse Consulting & Training-də Qrafik Dizayn üzrə Təcrübəçi olaraq siz vizual kimliyimizin formalaşmasında və müxtəlif auditoriyalar üçün öyrənmə təcrübəsinin artırılmasında böyük rol oynayacaqsınız. Gündəlik tapşırıqlarınıza aşağıdakılar daxildir:

- Öyrənmə materialları, marketinq və çap üçün vizual məzmun, təqdimat, infoqrafika və digər vizualların yaradılması.

- Bütün kommunikasiya kanallarında brendimizin vizual kimliyini qorumaq və inkişaf etdirmək.

- Ən son dizayn tendensiyalarını və texnologiyalarını izləməklə layihələrimizə out of the box, innovativ ideyalar əlavə etmək.

Sizi nə gözləyir:

- İnnovativ öyrənmə mühitində real dünya təcrübəsi.

- Təcrübəli mütəxəssislərdən mentorluq

- Yaradıcılığınızı dəstəkləyəcək komandada işləmə imkanı.

- Bacarıqlarınızı inkişaf etdirmək üçün Lighthouse Academy.

- İş və həyatı balanslaşdırmaq üçün hibrid iş cədvəli.

Karyeranıza bizimlə başlamağa hazırsınız? Dizayn işlərinizi əks etdirən CV ilə aşağıdaki link vasitəsi ilə müraciət edin.

Link