qrafik-dizaynerler-ucun-odenissiz-3d-workshop

Qrafik dizaynerlər üçün ÖDƏNİŞSİZ 3D workshop

Qrafik dizayner biliyini artıra biləcəyin Workshop var!

İsveçrəli alimlərin apardığı araşdırmalara görə Qrafik Dizaynerlərin 99%-i “Görəsən 3D Dizaynda da bacarıqlı ola bilərəm?” deyə qara-qara düşünür. 

Bu workshop-dan sonra düşünməyə ehtiyac qalmayacaq, çünki praktiki olaraq bunu yoxlayacaqsan.

Workshop-da 3D Modelləmə və render üzrə praktiki tapşırıqlar hazırlayaraq özünü 3D sahəsində də sınayacaqsan. Sonda isə workshop-un qalib komandasını surpriz hədiyyələr gözləyir.

Kimlər qoşula bilər?

Qrafik Dizaynerlər;
3D Dizayn üzrə baza biliyi olanlar;
3D Dizaynı sıfırdan öyrənmək istəyən hər kəs.

Təlimçi: 

Dizayn sektorunda 11 illik təcrübəyə sahib Emil İsmayılov SOCAR, DDB Azerbaijan, Media Balans kimi iri şirkətlərdə Art Director olaraq müstəsna işlərə imza atıb. 
Workshop-un mövzusu "3D Modelləmə və render".

Amma yerlər limitli saydadır. Nə qədər tez qeydiyyatdan keçsən o qədər yaxşıdır.

Tarix: 23 iyul, 16:00-18:30

Məkan: Globus Center, 13-cü mərtəbə, Akt zalı