rabitebank-asc-mikro-kredit-isci-tecrube-proqramina-start-verir--

"Rabitəbank" ASC, "Mikro kredit işçi" təcrübə proqramına start verir!

Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!

Bu proqram Sizə nələr qazandıracaq?

  • Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
  • Mikro kredit məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
  • Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;
  • Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
  • Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  •  Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak.

Proqramda iştiraka dair tələblər:

- Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);

- Yüksək ünsiyyətqurma qabiliyyəti;

- Fərdi və komanda tərkibində işlamə qabiliyyəti;

- Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;

- Satış qabiliyyətinin olması;

- İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı;

- Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına "mikro kredit işçisi təcrübə" başlığı ilə göndərə bilərlər.

Qeyd: növbəti mərhələdə yalnız tələblərə uyğun olan namizədlər seçilib, keçid edəcəklər.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33