region-genc-muellimlerinin-i-sebekelesme-forumu--

Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu

AGMA regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün "Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə forumu"nu təşkil edir.

Forum 11 dekabr 2021-ci ildə Şəmkir rayon Kimya- biologiya təmayüllü Respublika liseyində keçiriləcək. Forumda şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən gənc müəllimlər iştirak edəcəklər. Gənc müəllimlər təqdim olunacaq 5 təlimdən istəklərinə uyğun 2 təlimdən yararlana bilərlər. 

      Təklif olunan təlim istiqamətləri aşağıdakılardır:

- Networking bacarığı;

- Təqdimat bacarığı və natiqlik;

- Müəllimin innovativ bacarıqları;

- Sinfin idarə olunması;

- Çətin tərbiyə olunan şagirdlərlə iş.

            Foruma qoşulmaq istəyən gənc müəllimlər Rayon Təhsil Şöbələrinə müraciət etsinlər!