"Region Tələbələri üçün Liderlik düşərgəsi" keçiriləcək
Avqustun 14-dən 20-dək Gənclər və İdman Nazirliyi tərəfindən regionlarda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün Gənclər paytaxtı Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “Region Tələbələri üçün Liderlik düşərgəsi” keçiriləcək.
Layihədə indiyədək gənclər düşərgəsinin iştirakçısı olmayan və regionlarda təhsil alan tələbələr iştirak edə bilər.
Son müraciət tarixi: 20.07.2023
Qeydiyyatdan keçməyə tələsin!