regionun-en-boyuk-kitab-sergisine-sayili-gunler-qaldi--

Regionun ən böyük kitab sərgisinə sayılı günlər qaldı!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərginin qrafiki 10:00-dan 20:00-dəkdir. 

Sərgiyə giriş ödənişsizdir və öncədən qeydiyyat tələb olunmur.