“Reklam posterinin hazırlanması" adlı ödənişsiz master klass keçiriləcək !
Daha çox praktika! Daha çox real işlər!
Şənbə günü 5 noyabr tarixində, saat 16:00-da Kompüter Qrafikası və Dizayn kafedrasının rəhbəri Toğrul Babayev sizlər üçün xüsusi “Reklam posterinin hazırlanması" adlı master klass keçirəcək.
Gələcəkdə özünü dizaynla bağlamaq istəyən hamı tədbirə dəvətlidir.
Master-klassda nələr öyrədiləcək:
- Müştəri və tələbləri
- Texniki tələblər və həllər
- Poster üçün ideya
- Posterin hazırlanması prosesi
- Müştəriyə təqdimat
Master klassın təlimçisi Kompüter Qrafikası və Dizayn kafedramızın rəhbəri, tanınmış dizayner Toğrul Babayevdir. Toğrul müəllim bu il öz peşə fəaliyyətinin 25-illiyini qeyd edir. Bu illərin 10-nu o, pedaqoji fəaliyyətə həsr edib. Bir neçə xarici müsabiqədə, o cümlədən sənaye və kommersiya dizaynı üzrə müsabiqələrdə iştirak edib. O, təhsilini Hindistanın Mohali şəhərindəki Yüksək Texnologiyaların İnkişaf Mərkəzində alıb.
Hamınızı 5 noyabr saat 16:00-da, Koroğlu Rəhimov 70 ünvanında səbirsizliklə gözləyirik.
Tədbirdə iştirak üçün qeydiyaytdan keçiməyi unutmayın!