Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramı!
"AFB Bank" ASC-də Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramını nəzərinizə çatdırmaq istəyirik!
Təcrübə proqramına kimlər müraciət edə bilər:
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketing, Kompüter Elmləri, Proseslərin avtomatlaşdırılması istiqamətləri üzrə ali təhsil arzu olunandır):
- Azərbaycan dilində sərbəst danışıq bacarığı. Yüksək səviyyədə ingilis dili bilikləri arzu olunandır;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər:
- Analitik düşünmə, ünsiyyət və komandada işləmək bacarığı.
Təcrübəçinin iştirak edəcəyi proseslər:
- Rəqəmsal Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması
- Yerli və Beynəlxalq bazarda Banklar va Fintexlər tərəfindən təklif edilən rəqəmsal xidmətlərin araşdırılması
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək
- Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək,
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara, yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək
- Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
Qeyd edək ki, Təcrübə proqramının sonunda müsbət nəticə göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.
Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə, CV-lərinizin mövzu sətrində müraciət etmək istədiyiniz sahə üzrə "Rəqəmsal Bankçılıq üzrə Təcrübəçi" qeydi edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.