reqemsal-idareetmede-suni-intellekt-movzusunda-beynelxalq-konfrans-ve-data-yarismasi-kecirilecek--

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək

Dünyada və Azərbaycanda süni intellekt texnologiyası ilə bağlı həllər sürətlə inkişaf edir. Avropa Şurasının Süni İntellekt üzrə Komitəsində Azərbaycanı bu istiqamətdə təmsil edən Elektron Hökumətin İnkişafı Mərkəzi ölkədə bu sahənin daha da inkişaf etməsi üçün “AIFORDIGIGOV” adlı ilk beynəlxalq konfransı və “Kaggle” yarışmasını təşkil edir.

26-28 aprel tarixlərində təşkil olunacaq beynəlxalq konfrans dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunacaq.

3 gün davam edəcək konfransda 10-dan çox ölkəni təmsil edən 50-dən çox tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, startapçılar, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya toplanaraq süni intellekt sahəsində dövrümüzün ən vacib məsələlərini müzakirə edəcəklər.

Konfrans çərçivəsində, həmçinin “Kaggle” yarışması təşkil olunacaq. Yarışma öncəsi iki gün ardıcıl olaraq workshop-lar keçiriləcək. Yarışmanın qalibləri mükafatlandırılacaqlar.

Tədbirdə iştirak üçün qeydiyyatdan keçin