reqemsal-marketinq-konfransina-qeydiyyat-davam-edir--

Rəqəmsal marketinq konfransına qeydiyyat davam edir

Son 3 ildə innovasiya, texnologiya və marketinq mövzusunda NƏ DƏYİŞDİ❓

Bu sualın cavabını 6 Noyabr Four Seasons otelində yerli və xarici mütəxəssislər cavablayacaq.Tədbir 09:30 başlayacaq və gün boyu davam edəcək.

Konfransda 15 nəfərədək spiker öz təcrübəsini paylaşacaq.

“Facemark.az”ın təşkilatçılığı ilə keçiriləcək konfrans hər il yüksək rəğbətlə qarşılanır. 2015-2018 illərdə, hər il 350-400 şirkətdən, 500-700 nəfər mütəxəssis iştirak edib. Tədbirin məqsədi ölkəmizdə biznes mühitinin inkişaf etdirilməsi, innovasiya və texnologiyanın tətbiqinin stimullaşdırılması və rəqəmsal alətlərdən istifadənin təşviq edilməsidir.

❗COVID-19 qaydaları ilə bağlı olaraq bu il konfransda iştirak limitlə və karantin qaydalarına uyğun təşkil edilib. Belə ki, tədbirdə maksimum 130 nəfərin iştirakı planlaşdırılıb. Ona görə də iştirakı öncədən təsdiq edərək yeri rezerv etmək lazımdır.

Bilet 85 manatdır. Biletə konfranda iştirak, səhər yeməyi, nahar və çay fasiləsi daxildir.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz: