Riteyl Bankirlər Məktəbi layihəsi
AccessBank karyerasını bankçılıq sahəsi üzrə qurmaq istəyən universitet məzunları üçün Riteyl Bankirlər Məktəbi layihəsini elan edir.
Layihədə fərqlənən namizədlər yerli Avropa bankında işlə təmin olunacaqdır.
Layihənin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir. Layihə iştirakçıları üç ay ərzində bankçılıq üzrə nəzəri və praktik biliklər əldə edəcək, müxtəlif təlim və seminarlarda, Baş ofis və filiallarda təcrübə keçəcəklər. Təcrübə müddəti ərzində fərqlənən iştirakçılar layihənin sonunda yerli Avropa Bankının komandasının rəsmi üzvü olmaq şansı əldə edəcəklər.
TƏLƏBLƏR:
- İqtisadiyyat və ya müvafiq sahələrdə Bakalavr səviyyəsi üzrə yeni məzunlar
- Dil bilikləri: azərbaycan dili - səlis, xarici dil (ingilis/rus) bilməsi üstünlükdür
- Yüksək ünsiyyətqurma bacarığı
- Aktivlik və operativlik
- Təşəbbüskarlıq və komandada işləmək bacarığı
Layihəyə qatılmaq üçün link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur.