Rövşən Abdullaoğlunun "Özünükəşf" barədə növbəti proqramını qaçırmayın!
"Bələdçi"nin növbəti qonağı yazıçı, psixoloq Rövşən Abdullaoğludur. Rövşən Abdullaoğlu ilə "Özünükəşf" barədə danışılacaq.
"Bələdçi"nin qeyd edilən buraxılışını 15 noyabr saat 20.00-da T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "Bələdçi" T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanır. Məqsəd təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

 
					 
                                     
                                     
									 
									