sabahincubation-proqrami-artiq-aciqdir

SABAH.incubation proqramı artıq açıqdır!

Startap ideyanız gerçək olacaq!

Sahibkarlığa yeni addım atmağı planlayan fərdləri və komandaları axtarırıq. Artıq startap ideyanızı həyata keçirməyin vaxtı yetişdi. Belə ki, 2023-2024 sessiyası üçün SABAH.incubation proqramımızı açıq elan edirik! 

İnkubasiya proqramımızın sizə təklif etdiyi üstünlüklərlə tanış olaq: 
- Praktiki və akademik biliklərlə zəngin sessiyalar;
- Mentorluq proqramı;
- Hazır məhsul (MVP) yaratmağa dəstək;
- Akselerasiya üçün hazırlıq;
- 24/7 ofisdən istifadə imkanı;
- SABAH.HUB-ın təklif etdiyi onlayn kitabxana, digər resurs və üstünlüklər.

 Sentyabrda başlayacaq və 3 ay müddətində davam edəcək proqrama müraciət üçün şərtlərimiz eyni qalır:
- Orta səviyyə ingilis dili biliyi;
- Ekosistemə dəyər qatacaq startap ideyası.

Müraciət Linki

Aşağıdakı məlumatlar tələb olunur:
- CV;
- Motivasiya məktubu;
- İdeya barədə təqdimat (üstünlükdür, şərt deyil).

Qeydlər:
 Həm fərdi, həm də komanda şəklində müraciət etmək olar.
 Startap ideyanız olmadan belə müraciət mümkündür. 
 İnkubasiya proqramımız barədə daha detallı məlumat üçün https://sabahhub.com/ saytımıza daxil ola və “Proqramlar” bölməsinə keçid edə bilərsiniz.
Elə indi müraciət edin və sahibkarlıq yoluna bizimlə başlayın 
Hər kəsə uğurlar!
_________

Your entrepreneurial dream can become a reality!

We're seeking aspiring individuals and teams ready to join SABAH.incubation for the 2023-2024 session!

Here are the advantages of our Incubation program:
- Comprehensive sessions
- Mentoring program
- Assistance in developing a polished Minimum Viable Product (MVP)
- Preparation for Acceleration
- 24/7 access to our office space
- Access to an online library and other resources of SABAH.HUB.

 The application conditions for the 3-month program starting in September remain the same:
- Intermediate-level English
- A startup idea that brings value to the ecosystem

Application link

- CV
- Motivation letter
- Presentation about your idea (though it's an advantage, not mandatory)

Notes:
 You can apply individually or as a team.
 Don't worry if you don't have a startup idea yet; you can still apply!
 For more detailed information about our incubation program, visit https://sabahhub.com/ and navigate to the "Programs" section.

Embark on your entrepreneurial journey with us by applying now!

Best of luck to all applicants!