SABAH.lab Akselerasiya proqramının 5-ci Kohortuna müraciət qəbulunu açıq elan edir!
Startapınızın inkişafını sürətləndirməyə hazırsınız?
SABAH.lab Akselerasiya proqramının 5-ci Kohortuna müraciət qəbulunu açıq elan edirik. Biz MVP səviyyəsində məhsulu olan startap komandalarını təlimlər, mentorluq, kouçinq və başlıcası maliyyə dəstəyi verərək investisiyaya hazır vəziyyətə gətirməyə hazırıq. Bəs siz?
Akselerasiya təcrübənizə daha çox dəyər qatmaq üçün proqram şərtlərinə yenilik qatmışıq
- Proqramın sonunda seçilmiş rezident startaplar SABAH tərəfindən minimum 100.000 dollar dəyərində investisiya alacaqlar.
- Baku ID-dəki investisiya uğurunu nəzərə alaraq, artıq bu dəfəki Kohortun proqram müddətində SABAH.lab komandası rezident startaplara yerli və xarici şəbəkələrdən daha çox investisiya fürsəti yaradacaq.
Müraciət üçün tələb olunanlar:
- İdeya barədə təqdimat; (“Pitch Deck”)
- Maliyyə proqnozu; (“Business projection”)
- Startapı izah edən video. (maksimum 3 dəq)
Qeyd 1: Müraciət üçün MVP səviyyəsi və komandanızın olması mütləqdir (ideya mərhələsində olan, həmçinin komandasız müraciətlər uyğun sayılmayacaq).
Qeyd 2: Komandanın CEO və bir neçə üzvünün ingilis dilində özünü rahat ifadə etmə bacarığı tələb olunur.
Qeyd 3: Müraciət formunun cavabları yalnız ingilis dilində qəbul olunur.
Proqramda iştirak üçün yerlərin sayı məhdudur. Startapınızın inkişafını sürətləndirəcək proqrama müraciət etməyə tələsin.
Son müraciət tarixi: 15 oktyabr 23:59