sabahlab-komandasi-ugurlu-marketinq-strategiyasi-haqqinda-tedbir-kecirecek--

Sabah.lab komandası "Uğurlu Marketinq Strategiyası" haqqında tədbir keçirəcək!

SABAH.lab hər ayı bir mövzuya həsr etməyə davam edir. Bu dəfə isə SABAH.lab-da "Marketinq" ayıdır.

Uğurun yarısı bazar üçün lazım olan düzgün məhsul yaratmaqda, digər yarısı isə onun uğurlu marketinq tədbirlərinin aparılmasındadır. Bəs düzgün marketin işləri yaratmaq üçün nələrə diqqət etmək lazımdır? 

Məhz bu dəfə sizlərlə “Uğurlu Marketinq Strategiyası” haqqında danışacağıq. Qonağımız Kapital Bank-ın Marketinq ekspert mərkəzinin lideri Gunel Mavliyarovadır.  

Tədbir 7 dekabr saat 19:00-da SABAH.lab ofisində baş tutacaq.

Ünvan: Üzeyir Hacıbəyov 57, Baku
Tədbir dili: Azərbaycan 
İştirak: ödənişsiz.

Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.