Sabirabad və Şəmkir şəhərlərində əmək yarmarkası keçiriləcək
Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialının və Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Sabirabad və Şəmkir şəhərlərində əmək yarmarkası keçiriləcək.
Sabirabad şəhərində 11 müəssisə tərəfindən 195 vakansiyanın, Şəmkir şəhərində isə 18 müəssisə tərəfindən 130 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan: Sabirabad şəhəri Heydər Əliyev prospekti 2 (Bayraq Muzeyi)
Tarix: 5 aprel, 2023
Saat: 11:00
Ünvan: Şəmkir şəhəri,Heydər Əliyev prospekti 5 (Heydər Əliyev Mərkəzi)
Tarix: 5 aprel, 2023, 11:00
