sadece-5-telebe-tam-odenissiz-sekilde-summer-work--travel-2022-proqraminda-istirak-ede-bilecek--

Sadəcə 5 tələbə TAM ödənişsiz şəkildə "Summer Work & Travel 2022" proqramında iştirak edə biləcək

"USE Study Group" 15 il ərzində 5000-dən çox insanın həyatını dəyişməyə kömək etmiş, onların təhsil sahəsində uğur qazanmalarına, qlobal vətəndaş kimi formalaşmalarına kömək etmişdir. "USE Study Group" intermədəni təhsil imkanlarını təmin edən təşkilat olaraq daha ədalətli və sülhsevər dünyanı yaratmaq üçün tələb olunan biliyi, bacarıqları və anlaşmanı insanlara aşılayaraq inkişaf edir.
30 ildən sonra Qarabağ bölgəsində sülh və əmin-amanlığın əbədiləşdiyi gün münasibətilə Amerikanın nüfuzlu mədəniyyətlərarası mübadilə təşkilatlarından biri olan "CIEE"-nin sponsorluğu və "InterExchange" şirkətinin dəstəyi ilə 5 tələbə TAM ödənişsiz şəkildə "Summer Work & Travel 2022" proqramında iştirak edə biləcəkdir.
Seçim mərhələli şəkildə olacaqdır. Anketi dolduran hər kəs növbəti imtahan mərhələsində iştirak edib ən son sponsorla intervyudan uğurla keçdiyi halda bu fürsətdən yararlanmış olacaq.
Qeydiyyatdan Keçmək Üçün Use.az Saytımıza Daxil Olun
QEYD: Qeydiyyat 8 NOYABR 23:59-a qədər aktivdir. Tam təqaüd proqramında iştirak etmək istəyən hər kəs bu anketi doldurmalıdır! Öncəki illərin iştirakçıları Tam Təqaüd proqramına müraciət edə bilməz!