saglam-gencliyimiz-layihesi-cercivesinde-goruse-sen-de-qatil--

"Sağlam Gəncliyimiz" layihəsi çərçivəsində görüşə sən də qatıl!

Sevdiklərimizlə uzun və sağlam bir həyatı paylaşmaq istəyiriksə, sağlam həyat üçün nə etməli olduğumuzu da bilməliyik. 

Gəncliyimizi sağlam təməllər üzərində qurmaq üçün idman ustası İldırım Şirinov gənclərimiz ilə görüşə gəlir! 

Gənc idman ustası gənclərə özünü müdafiə texnikalarını öyrədəcək, qazandığı uğurlarda sağlam düşüncənin və ruhun əhəmiyyətindən danışacaq.

Təlimçi İldırım Şirinov:

Prezident kubokunun bürünc medalçısı, İberya kubokunun bürünc medalçısı və Respublika dərəcəli hakim məşqçi;
İlk Avropa Oyunları və 4-cü İslam Həmrəylik Oyunlarının  hakimlər birliyinin üzvüdür.

İştirak üçün qeydiyyat linki

Sumqayıt Heydər Əliyev Mərkəzi