saglamliq-xemsesi-layihesinin-baglanis-merasimi-kecirilib--

“Sağlamlıq Xəmsəsi” layihəsinin bağlanış mərasimi keçirilib.

BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyilə reallaşdırılan “Sağlamlıq Xəmsəsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı, TƏBİB-in beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin baş mütəxəssisi Ramin Burcəliyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb və səyyar tibbi qruplara öz təşəkkürlərini bildiriblər.

Sonda səyyar tibbi qruplara cəlb olunan həkim və psixoloqlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Sağlamlıq Xəmsəsi” layihəsi keçmiş təmas xəttinə yaxın 5 rayonda səhiyyə xidmətlərinə əlçatanlığı artırmaqla son münaqişə və COVID-19-un mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirilib.

World Health Organization Azerbaijan TƏBİB