sahibkarlarla-maliyye-resurslarina-cixisla-bagli-muzakireler-aparilib--

Sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların maliyyə resurslarına çıxışı, bu sahədə mövcud dəstək alətləri və yeni mexanizmlər barədə maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş növbəti belə tədbirdə sahibkarlar güzəştli maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb. Onlayn formatda təşkil olunmuş tədbirdə Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agenrliyinin (AKİA), Banklar Assosiasiyasının, "Aqrar sığorta müştərək sığorta şirkəti" ASC-nin, bankların nümayəndələri, regionlarda fəaliyyət göstərən KOB dostları və 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Görüşdə dövlətin güzəştli maliyyə vəsaitinin əldə olunması, heyvandarlıq sahəsində subsidiyaların verilməsi, regionlar üzrə girov təminatı, aqrar sığorta qaydaları ilə bağlı fermerlərin məlumatlandırılması və digər məsələlər müzakirə edilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.