sahibkarliga-ve-mesgulluga-iqtisadi-destek-layihesinin-gender-esasli-zorakiligin-aradan-qaldirilmasina-icma-desteyi-komponenti-cercivesinde--qadinlarla-gorus-kecirilib--

“Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin "Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi" komponenti çərçivəsində qadınlarla görüş keçirilib

Bu gün Xəzər Rayonu Qadın Resurs Mərkəzində U.S. Embassy Baku / ABŞ-ın Azərbaycandakı Səfirliyi və USAID/Azerbaijan-nın təşəbbüsü ilə “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin "Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi" komponenti çərçivəsində dəstək olduğumuz qadınlarla görüş keçirilib.

Qonaqlar Mərkəzin təqdim etdiyi psixoloji və hüquqi xidmətlərindən faydalanmış qadınlarla görüşüb və sözügedən xidmətlərin onların həyatını necə dəyişdiyi barədə hekayələri dinləyib. Daha sonra onlar Xəzər QRM-nin gender əsaslı zorakılığa məruz qalmış qadınlar üçün təqdim etdiyi dərzilik üzrə peşə təliminin yekun dərsinə qonaq olaraq, iştirakçıların əl işlərinin nümayiş etdirildiyi kiçik sərgiyə baş çəkiblər.

Qeyd edək ki, bu günə qədər layihə çərçivəsində 160-dan çox gender əsaslı zorakılıq qurbanı müxtəlif peşə təlimlərinə (dərzi, saç ustası, un məmulatları istehsalı, dırnaq ustası, mühasibat uçotu) cəlb olunub.