“Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” tərəfindən təcrübə proqramına start verilir
Təcrübə proqramına start verilir: sən də təcrübəni bizimlə artır!
“Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” tərəfindən jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığların artırılmasını təmin etmək məqsədilə təcrübə proqramına start verilib. 3 ay müddətində davam edəcək proqram çərçivəsində təcrübəçilər real iş mühitində çalışacaq, müxtəlif özünüinkişaf təlimlərində iştirak edəcək, jurnalistikanın sirlərini öyrənəcəklər.
Təcrübə proqramını uğurla bitirən təcrübəçilərə Sertifikat veriləcək.
Ətraflı məlumat üçün linkə keçid edin.