"Sahibkarlıq fəaliyyətinin əsasları proqramı, Praktiki Biznes planlaşdırma (seminar)" mövzusunda maarifləndirici təlim keçiriləcək
Martın 17-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlıq fəaliyyətinin əsasları proqramı, Praktiki Biznes planlaşdırma (seminar)" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Elşad Şiriyev aşağıdakı mövzulardan danışacaq:
- Biznes plan anlayışı və ümumi strukturu
- Biznes ideyanın yaranması
- Biznes planın xülasəsi - Sahibkarlıq subyekti haqqında qısa məlumat
- Təşkilatı planın hazırlanması
- Bazarın araşdırılması
- Maliyyə planının hazırlanması və analizi
- Layihə Risklərin qiymətləndirilməsi
Saat 14:00-da Bakı KOB evi"ndə keçiriləcək təlimdə iştirak etmək istayanlar (+994 70) 300 80 02 nömrəsi la alaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Təlim ödənişsizdir.