sahibkarliq-tehsili-istiqameti-uzre-telimler-davam-edir--

"Sahibkarlıq təhsili" istiqaməti üzrə təlimlər davam edir

2-ci komanda iştirakçıları üçün fəaliyyətlərin 5-ci günü.

Avqust ayı iştirakçı komandası üçün "Sahibkarlıq təhsili" istiqaməti üzrə fəaliyyətlərin icrası yekunlaşıb. Tədbirlərin 5-ci günündə iştirakçılara Gəncə KOB İnkişaf Mərkəzinin direktoru Rəvan Cəfərli tərəfindən - "Sahibkarlıq nədir? Sahibkar kimdir? mövzularında sessiyalar həyata keçirilib.

Təlimçi tərəfindən - sahibkar olmağın yolları, biznes planın hazırlanması, MMC yaradılması, biznes quruculuğu haqqında ətraflı məlumat verildi. Əyani olaraq e-taxsis.gov.az-dan qeydiyyatdan keçmək və MMC yaradılması göstərildi. Təlimin sonunda layihə iştirakçıları tərəfindən verilən suallar təlimçi tərəfindən cavablandırıldı.

Qeyd edək ki, fəaliyyətlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı, ASAN Könüllülük Məktəbinin və Azərbaycan Texnologiya Universitetinin əməkdaşlığı ilə həyata keçirilir.