salyandan-olan-dilber-eliyeva-ile-tanis-olun

Salyandan olan Dilbər Əliyeva ilə tanış olun.

Salyandan olan Dilbər Əliyeva ilə tanış olun. Bu günlərdə ona öz istixana biznesini qurması üçün lazım olan bütün avadanlıqlar təqdim olunub.

Bundan əvvəl isə o, biznesin inkişafı ilə bağlı bir sıra təlimləri müvəffəqiyyətlə başa vurub. Bu təlimlər ona biznes planını hazırlamaqda, hansı məhsulların  becəriləcəyinə qərar verməkdə və bazar qiymətləri haqqında daha çox öyrənməkdə kömək olub.

Həyat yoldaşı vəfat etdikdən sonra, Dilbər xanım ailənin digər beş üzvünü dəstəkləyən yeganə ailə başçısı oldu. Onun ən böyük xəyalı öz işini sürətlə genişləndirmək və icmasındaki digər qadınlar üçün iş yerlərinin açılmasına kömək etməkdir.

Biznesin inkişafı təlimləri və avadanlıqların alınması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən və Azərbaycanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində təşkil edilmişdir.